Azərbaycanda ilk stasionar dəniz platforma kranının istehsalı VİDEO

2023.04.17 19:00 (UTC+04:00)

Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STP” MMC-yə daxil olan “SOCAR-STP” MMC ölkədə ilk dəfə olaraq stasionar dəniz platforma kranının istehsalına başlayıb. 80-30 (35T)” markalı barbet üzərində stasionar dəniz platforma kranı SOCAR-ın “Azneft” İB-nin sifarişi əsasında Türkiyənin Gürdesan şirkəti ilə birlikdə hazırlanıb. İstehsal edilən stasionar dəniz platforma kranı SOCAR-ın “Azneft” İB-nin platformalarında istifadə ediləcək.