Peşə Təhsil Mərkəzinin fəaliyyəti barədə VİDEO

2023.05.27 16:00 (UTC+04:00)

İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzinin binası 6 korpusdan ibarətdir. A korpusu inzibati hissədir və 4 mərtəbədən ibarətdir, B və C tədris korpuslarıdır və 3 mərtəbəlidirlər, 2 mərtəbəli E korpusu mətbəx və kitabxana üçün nəzərdə tutulur. D korpusu idman zalı, H korpusu isə korpuslar arası keçiddir. PTM-də müasir tələblərə uyğun və yüksək maddi-texniki bazaya malik auditoriyalar, akt zalı, yeməkxana, kitabxana, laboratoriya otaqları, idman zalı və inzibati işlər üzrə otaqlar mövcuddur.