Yeni məhsul siyahılarının razılaşdırılması ticarət tərəfdaşlığının daha da güclənməsinə töhfə verəcək

2023.04.14 16:05 (UTC+04:00)

"Dr. Mehmet Muş ilə görüş çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə Dəyişiklik Haqqında Protokol paraflandı. Qarşılıqlı ticarətdə güzəşt tətbiq olunacaq yeni məhsul siyahılarının razılaşdırılması ticarət tərəfdaşlığının daha da güclənməsinə töhfə verəcək".

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarındakı paylaşımında qeyd edib.