Vergi Ombudsmanı İnstitutu: zərurətlər və gözləntilər Video

2019.05.27 17:45 (UTC+04:00)

CBC televiziya kanalının "Час предпринимателья" ("Sahibkarın saatı") proqramında Azərbaycanda Vergi Ombudsmanı İnstitutu ilə bağlı suallar ətrafında müzakirələr aparılıb. Verilişdə iştirak edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, professor Rüfət Quliyev, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Fərhad Səttarov və Vergilər nazirinin müşaviri, vergi ombudsmanı Elçin Məmmədov mövzu ilə bağlı öz mülahizələrini səsləndiriblər.