Bosniya və Herseqovinada daha bir görüş keçirilib

2023.04.12 17:07 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Bosniya və Herseqovinada işçi səfərdəyik. Bosniya və Herseqovina Federasiyasının Baş naziri Fadil Novaliç ilə görüşdə Azərbaycan – Bosniya və Herseqovina ikitərəfli iqtisadi münasibətlərinin inkişafı perspektivləri barədə müzakirə apardıq.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında məlumat verib.