İçməli su istehsalı sahəsində pilot layihə həyata keçiriləcək

2023.04.12 16:19 (UTC+04:00)

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçiriləcək.

Sərəncamın imzalanmasında məqsəd ölkənin su təhlükəsizliyi, əhalinin içməli su ilə təminatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb edilməsidir.