Bosniya və Herseqovinanın biznes dairələri ilə birbaşa təmaslar artırılacaq

2023.04.12 16:18 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Bosniya və Herseqovinada işçi səfərdəyik. Bosniya və Herseqovinanın xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşaraç ilə ölkələrimizin iqtisadi əməkdaşlığının genişləndirilməsi, qarşılıqlı sərmayələrin və biznes dairələri arasında birbaşa təmasların artırılması barədə fikir mübadiləsi apardıq.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə öz sosial şəbəkə hesablarında məlumat verib.