Maliyyə naziri Honq Nam-Ki kriptovalyuta ticarətinə vergi tətbiq olunması ilə bağlı qiymətləndirmə aparıldığını bəyan etmişdir. Yerli mediada yayılan xəbərlərə görə, nazir Nam-Ki Demokratik Partiya ilə birlikdə keçirdiyi yığıncaqda kriptovalyutaların vergiyə cəlb edilməsi barədə qərarın maliyyə mütəxəssisləri ilə məsləhətləşərək xarici ölkələrdəki təcrübələrin təhlil edilməsindən sonra veriləcəyini vurğulamışdır. Nazirlik tərəfindən verilmiş açıqlamada ölkə ərazisində rəqəmsal pul vahidlərinə marağın artması səbəbinə görə olduqca böyük gözləntilər yaradan vergitutma planlarının hələ başlanğıc mərhələsində olduğunu və bu məsələdə yekun həll tapılana qədər müxtəlif dəyişikliklər ola biləcəyi qeyd edilmişdir. Bu planların "Kriptovalyutanın xalqa ilkin təqdimi"nə də aid olduğu diqqətə çatdırılmışdır.