Özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 18,6 milyon manat təşkil edib

2023.04.11 11:25 (UTC+04:00)

Cari ilin yanvar-mart ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 18,6 milyon manat təşkil edib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən “vergiler.az”a verilən məlumata görə, cari ilin ilk rübündə dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 631 yeni icarə müqaviləsi bağlanılıb. Bunlardan 150-si qeyri-yaşayış, 481-i isə torpaq sahələri üzrə olub.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin yanvar-mart ayları ərzində dövlət büdcəsinə 7,9 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Hesabat dövründə dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən, ümumilikdə, 26,5 milyon manat vəsait büdcəyə daxil olub.