Xarici investisiyalı kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı məsələləri müzakirə olunub

2023.04.07 12:36 (UTC+04:00)

Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”ində nəzərdə tutulan xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı prosesinin təkmilləşdirilməsi ilə bağlı görüləcək işlərlə əlaqədar görüş keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) “vergiler.az”a verilən məlumata görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) keçirilən görüşdə DVX-nın və adıçəkilən qurumla yanaşı “B.est Solutions” MMC-nin nümayəndələri də iştirak ediblər.

Tədbirdə xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı ilə bağlı Yol Xəritəsində nəzərdə tutulan təkmilləşmə imkanları, mümkün texniki həllər və digər məsələlər müzakirə olunub.