Vergi ödəyicisinin sualı var...

2018.12.17 11:42 (UTC+04:00)

Samirə Musayeva

Vergilər Nazirliyi
Vergi siyasəti departamentinin baş direktoru
vergi ödəyicilərinin suallarına cavab verir

Elektron ödənişdən ƏDV tutulması

Estoniyada təhsil alan tələbəyə həmin ölkənin sığorta şirkətinin göstərdiyi tibbi sığorta xidmətinin müqabilində elektron qaydada aparılan ödənişdən bank tərəfindən ƏDV hesablanmalıdırmı?

Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), Məcəllənin 11-ci fəslinin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi 169.1-ci maddəyə uyğun qaydada vergiyə cəlb edilir.

Qeyd olunanlara əsasən:
Fiziki şəxs, yəni tələbə tərəfindən qeyri-rezidentlə bağlanmış tibbi sığorta müqaviləsinə əsasən (sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi məqsədlər üçün), qeyri-rezident tərəfindən ona Azərbaycan Respublikasının hüdudlarından kənarda göstəriləcək tibbi xidmətlərə görə qeyri-rezidentə elektron qaydada ödənilən sığorta haqlarına banklar tərəfindən ƏDV hesablanmır.

Suallarınızı redaksiyamızın ünvanına:
AZ 1073, Bakı ş., Landau küç., 16 və ya
[email protected] elektron poçt ünvanına göndərə bilərsiniz