Qazaxıstan sahibkarlarının Bakıya təşkil olunan ticarət-iqtisadi missiyanın nəticəsi olaraq 55 milyon dollarlıq ixrac müqavilələri imzalanıb.
“vergiler.az”ın Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, sahibkarların Azərbaycana məhsul tədarükü ilə bağlı danışıqları davam etdirilir.
Missiya “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi tərəfindən aprelin 7-də Bakıda keçiriləcək Qazaxıstan-Azərbaycan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 19-cu iclası ərəfəsində təşkil olunub.
Missiyada müxtəlif sahələr (qida istehsalı, metallurgiya və metal emalı, İT xidmətləri, kimya, tikinti və maşınqayırma sənayesi) üzrə 20-dən çox Qazaxıstan istehsalçısı iştirak edir. Azərbaycan tərəfdən ticarət-iqtisadi missiyaya 100-dən çox müəssisə qatılıb.
Qazaxıstan biznesinin nümayəndələri üçün iki ölkənin şirkətləri və işgüzar dairələrinin iştirakı ilə B2B formatında ikitərəfli danışıqlar, Azərbaycanın iri pərakəndə satış şəbəkələri və distribyutorları ilə görüşlər təşkil olunub.