Çin vergi güzəştlərini təşviq edir

2019.05.27 11:32 (UTC+04:00)

2018-ci ildə vergi yığımlarının səviyyəsi əhəmiyyətli şəkildə aşağı düşən Çin hökuməti bu il müəssisələrin vergi yükünü və sosial sığorta haqqını 2 trilyon yuan (289,9 milyard ABŞ dolları) həcmində azaltmağı vəd edib və artıq bu sahədə hazırlıqlar görülür. Çin Vəkillər Assosiasiyası elan edib ki, ölkədə vergilərin azaldılması siyasəti ilə bağlı araşdırmaları intensivləşdirəcək, eləcə də həm yerli, həm də xarici müəssisələrə və şirkətlərə vergi güzəştlərindən maksimum fayda əldə edə bilmələri üçün məsləhət xidmətləri göstərəcək. Bununla yanaşı, bütün ölkə üzrə hüquqşünaslar arasında təşkilati iş aparılacaq ki, onlar da tariflər, vergilər, əmlak və tələbat haqqında qanunların hazırlanmasında iştirak etsinlər.