Vergilər naziri Göyçayda vətəndaşları qəbul edib

2019.05.27 10:15 (UTC+04:00)

Mayın 25-də Vergilər naziri Mikayıl Cabbarov Göyçay şəhərində yerləşən 9 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında vətəndaşları qəbul edib.

Qəbulda Göyçay, Kürdəmir, Ağdaş, Ucar, Zərdab, Yevlax, Bərdə, Tərtər, Ağdam, Şəki rayonları və Mingəçevir şəhər sakinləri iştirak ediblər. Qəbul zamanı vətəndaşlar, əsasən, yaranmış vergi borcları, vergi orqanlarında işlə təminat, vergi uçotunun aparılması və e-qaimələrin tətbiqi, kənd təsərrüfatı məhsullarının ixracı və vergi inzibatçılığı sahəsində qarşılaşdıqları məsələlərlə əlaqədar müraciət ediblər.

Vətəndaşların müraciətləri diqqətlə dinlənilib və nazirliyin struktur bölmələrinə aidiyyəti tapşırıqlar verilib.