Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 113-cü maddəsinə əsasən. gəlir götürmək məqsədi ilə aparılan elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclər (əsas vəsaitlərin alınması və qurulması ilə bağlı xərclər, habelə kapital xarakterli digər xərclər istisna olmaqla) gəlirdən çıxılır.
Bununla yanaşı, Vergi Məcəlləsinin 3.10-cu maddəsinə əsasən vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir.
Qeyd olunanlara əsasən, müraciətdə göstərilən halda, gəlir götürmək məqsədi ilə aparılan elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə xərclərin çəkilməsi nəticəsində işlərin uğursuz olması və ya işlərə müəyyən müddət fasilə verilməsi səbəbi ilə gəlir əldə olunmasa da, çəkilmiş həmin xərclər gəlirdən çıxılır.
Əsas: Vergi Məcəlləsinin 3-cü və 113-cü maddələri