- Azərbaycan-İspaniya iqtisadi əlaqələrinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
- Hazırda iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 1 milyard dolları ötür və İspaniya Azərbaycanın on əsas ticarət tərəfdaşı sırasındadır. İspaniya Şərq Tərəfdaşlığı strategiyası çərçivəsində Azərbaycanın Avropa İttifaqında (Aİ) mövqeyini dəstəkləyir.
İspaniya şirkətləri Azərbaycan iqtisadiyyatının neft-qaz sənayesi, mühəndislik, nəqliyyat infrastrukturundan tutmuş kənd təsərrüfatına qədər müxtəlif sahələrində fəaliyyət göstərir. Həmçinin tikinti və tikinti materialları, memarlıq və şəhərsalma, elektrik stansiyalarının yenidən qurulması, tibb sektoru və xəstəxanalar şəbəkəsi kimi maraq doğuran müxtəlif sektorlarda əməkdaşlıq üçün yaxşı imkanlar mövcuddur.
2010-2020-ci illərdə Azərbaycan və İspaniya arasında müxtəlif əməkdaşlıq sazişləri, o cümlədən idman, mədəniyyət, təhsil, elm, informasiya və kommunikasiya sahələrində əməkdaşlıq memorandumları; diplomatik pasportlara malik vətəndaşlar üçün qısamüddətli viza rejiminin ləğvi haqqında Saziş; ikiqat vergitutmanın aradan qaldırılması üçün Konvensiya; eləcə də iki ölkənin diplomatik akademiyaları və xarici işlər nazirlikləri arasında anlaşma memorandumları imzalanıb.
Tərəfdaşlığı strategiyası çərçivəsində Azərbaycanın Avropa İttifaqında mövqeyini dəstəkləyir
- Azərbaycanın öz tərəfdaşları ilə iqtisadi əlaqələrində enerji sektoru mühüm əhəmiyyət daşıyır.
- Azərbaycanın İspaniyadakı ticarətinin əsas idxal məhsulları mədən yanacaqları, əsasən də xam neftdir. Rusiya-Ukrayna münasibətlərinə görə Aİ-nin hazırkı iqtisadi və enerji perspektivi baxımından Azərbaycan qazının aktuallığının fundamental xarakter alacağı gözlənilir. 2027-ci ilə qədər Aİ qaz idxalını iki dəfə artıracaq.
- Bərpa olunan enerji sektorunun inkişafı məsələsinin aktuallığı fonunda, Azərbaycan və İspaniyanın bu istiqamətdə əməkdaşlıq perspektivlərini necə qiymətləndirirsiniz?
- İspaniyanın bərpa olunan enerji və “yaşıl iqtisadiyyat”a keçid sahəsində dünyadakı öncül mövqeyini, eləcə də bərpa olunan enerji layihələrinin həyata keçirilməsi və onların enerji infrastrukturuna inteqrasiyası sahəsində təcrübəsini nəzərə alaraq, hesab edirəm ki, iki ölkə arasında əməkdaşlıq faydalı olacaq. Bu həm də Azərbaycanın enerji mənbələrinin mədən yanacaqlarından uzaqlaşdırılmasına, davamlı iqtisadi inkişafın təşviqinə kömək edir.
Əlverişli coğrafi şəraitinə görə Azərbaycanın bərpa olunan enerji, xüsusilə günəş və külək enerjisi sənayesinin inkişafı üçün əhəmiyyətli potensialı var. Beləliklə, İspaniyanın təcrübəsi Azərbaycanda bərpa olunan enerji sektorunu inkişaf etdirməyə və gələcəkdə daha davamlı enerjidən faydalanmağa töhfə verə bilər.
İspaniyanın təcrübəsi Azərbaycanda bərpa olunan enerji sektorunu inkişaf
etdirməyə və gələcəkdə daha davamlı enerjidən faydalanmağa töhfə verə bilər
- Qarşılıqlı əməkdaşlıqda turizm və kənd təsərrüfatının əhəmiyyəti artmaqdadır...
- Turizm sahəsində əməkdaşlıq potensialı böyükdür. Eyni vəziyyət kənd təsərrüfatı kooperasiyası üçün də keçərlidir. İspaniya köklü kənd təsərrüfatı sənayesinə malikdir və Azərbaycanın kənd təsərrüfatı sektoruna fayda verə biləcək təcrübə və texnologiya təqdim edə bilər. Hər iki sahəni təkmilləşdirmək olar. Hesab edirik ki, son siyasi hadisələr Aİ ölkələri, o cümlədən İspaniya ilə Azərbaycan arasında əməkdaşlığı gücləndirə bilər. Bu, bilik və təcrübə mübadiləsi üçün daha güclü və daha sürətli ikitərəfli əlaqələri inkişaf etdirməyə unikal imkan verir.
Tamilla MƏMMƏDOVA