Bu ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 912,2 milyon ABŞ dolları təşkil edib.
“vergiler.az” İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə - AZPROMO-ya istinadən xəbər verir ki, bu, 2022-ci ilin analoji dövrü ilə müqayisədə 23,2 faiz çoxdur.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3 faiz artaraq 3 047,67 milyon dollara bərabər olub.