Peşəkar mühasiblərlə bağlı qərar verildi

2019.05.25 13:47 (UTC+04:00)

Qərar Prezident İlham Əliyevin "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2018-ci il 4 may tarixli Qanunun tətbiqi və "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2005-ci il 7 fevral tarixli fərmanında dəyişiklik edilməsi haqqında" 2018-ci il 1 iyun tarixli fərmanının 1.6.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə verilib.

Qaydalara əsasən, peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsini və peşəkar mühasib sertifikatı alan şəxslərin dövlət reyestrinin aparılması nəzərdə tutulub. Həmçinin, peşəkar mühasib sertifikatının forması müəyyən edilib. Bundan sonra peşəkar mühasib hüququnu əldə etmək üçün müvafiq sertifikata sahib olmaq, peşəkar mühasib təşkilatının üzvü olmaq tələb ediləcək. Onlar əldə etdikləri sertifikatın növünə uyğun peşəkar mühasib xidməti göstərmək hüququ əldə edəcəklər.

Qaydalar və sertifikat forması ilə ətraflı bu linkdən tanış ola bilərsiz.
https://cabmin.gov.az/az/