"KOB Dostu" özünüməşğulluq proqramına dəstək verir

2019.05.25 11:53 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) və ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən "KOB Dostu" ofislərində özünüməşğulluq proqramına cəlb olunmuş iştirakçılar üçün təlimlər davam etdirilir. KOBİA və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən birgə təşkil olunan təlimlərdə özünüməşğulluq proqramına qoşulan iştirakçılara xidmət və istehsalla bağlı biznes planların hazırlanması, sahibkarlıq sahəsində hüquqi məsələlər tədris olunur.