ABŞ Konqresinin Nümayəndələr Palatası dövlət katibinə Çin Xalq Respublikasının (ÇXR) beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etməkdə olan ölkə statusunun ləğv edilməsinə dair qanun layihəsini təsdiqləyib.
“Hill” qəzetinin xəbərində bildirilir ki, 415 nəfər yekdilliklə “ÇXR-in inkişaf etməkdə olan ölkə olmadığı haqqında” qanuna səs verib. "Qanun layihəsi Dövlət Katibinə həm ABŞ-ın, həm də Çinin daxil olduğu beynəlxalq təşkilatlarda ÇXR-in statusunun orta gəlirli ölkədən yüksək gəlirli ölkəyə və ya inkişaf etmiş bir ölkəyə dəyişdirilməsinə nail olmağı tövsiyə edir”, - qəzet yazıb.
Bundan əlavə, ABŞ-nin dövlət katibi ÇXR-in inkişaf etməkdə olan ölkə statusuna görə yardım və ya güzəştlər almamasına nəzarət etməlidir.