İqtisadiyyat nazirinin müavini Tərtərdə vətəndaşları qəbul edib

2023.03.30 20:49 (UTC+04:00)

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Tərtər şəhərində Bərdə və Tərtər rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbula gələn vətəndaşların müraciəti sahibkarlığın inkişafı, o cümlədən, güzəştli kreditlərin, lisenziyaların verilməsi, ixraca dəstək, işğaldan azad edilmiş ərazilərdə işgüzar fəaliyyət, habelə sosial və s. məsələlərlə bağlı olub.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.