Dünya Bankının Azərbaycanla əməkdaşlıq planları müzakirə edilib

2023.03.30 15:30 (UTC+04:00)

Dünya Bankının (World Bank) Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə Bankla ölkəmizin iqtisadi əməkdaşlığının gündəliyində olan məsələləri müzakirə etdik:

- Bank tərəfindən hazırlanmış investisiya layihələri;

- 2023-2028-ci illər üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanmasının növbəti mərhələləri;

- 2023-2026-cı illərdə Dünya Bankının Azərbaycanla əməkdaşlıq planı.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edib.