Azərbaycan və Macarıstan arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi davam edir.
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“Azərbaycan İnvestisiya Şirkəti ASC (Azerbaijan Investment Company OJSC - AIC) və Macarıstanın Hell Energy şirkəti arasında imzalanmış investisiya müqaviləsi ölkələrimizin biznes dairələrinin səmərəli əməkdaşlığı istiqamətində əhəmiyyətli addımdır”, - nazir əlavə edib.