Yaşayış və qeyri-yaşayış sahəsini təqdim edən fiziki şəxsin vergi öhdəliyi necə tənzimlənir?

2023.03.30 10:34 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi qanunvericiliyinin müddəalarına əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahəsini təqdim edən fiziki şəxsin vergi uçotunda olub-olmamasından asılı olmayaraq sadələşdirilmiş vergi öhdəliyi notarius tərəfindən tutulmaqla yerinə yetirilir.

Vergi Məcəlləsinin 71-1-ci maddəsində göstərilir ki, malları təqdim edən vergi orqanında uçotda olan şəxs mallar göndərilən vaxt elektron qaimə-faktura təqdim etməlidir.

Sorğuda göstərilən halda, vergi orqanında uçotda olan fiziki şəxs tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış sahəsinin hüquqi şəxsə təqdim edilməsi zamanı elektron qaimə-fakturanın təqdim edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci və 218-ci maddələri.