Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Şəkidə vətəndaşları qəbul edəcək

2023.03.28 15:30 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova aprelin 7-də Şəki şəhərində (ünvan: Şəki şəhəri, Heydər Əliyev prospekti, 234, Heydər Əliyev Mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Şəki “KOB Dostu” ofisi) Şəki, Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və aidiyyəti üzrə digər məsələlərlə bağlı müraciət edə bilərlər.

Vətəndaşların qəbulu saat 12:00-dan etibarən keçiriləcəkdir.

Qəbula gəlmək istəyənlər (012) 5109333 və 055 4652368 nömrəli telefonlarla və ya [email protected] elektron ünvanı vasitəsilə, həmçinin qurumun Şəki Ərazi İdarəsinə (telefon: 050 5191323, elektron ünvan: [email protected]), Zaqatala Ərazi İdarəsinə (telefon: 055 3066107, elektron ünvan: [email protected]) 4 aprel saat 18:00-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.