Ötən il ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq, ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 540 milyon manat vəsait sərf edilib.
“vergiler.az” Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyətinə dair hesabata istinadən xəbər verir ki, bu, 2021-ci ilin eyni göstəricisini 18,8 faiz üstələyir.
Bildirilir ki, 2023-cü ildə müvafiq tədbirlərin həyata keçirilməsi üçün 180 milyon manat nəzərdə tutulub. Hesabat ilində Dövlət Taxıl Fondunda ərzaqlıq buğda ehtiyatının artırılması üçün 87,5 milyon manat vəsait ayrılıb.