“Samsung” çip sənayesini inkişaf etdirmək üçün dövlət proqramının bir hissəsi olaraq Cənubi Koreyada çip istehsalına 300 trilyon von (230 milyard dollar) sərmayə qoymaq barədə qərar verib.
TASS agentliyinin xəbərinə görə, dünyanın ən böyük istehsal mərkəzlərindən birinin tikintisi layihəsi “Samsung”un elan etdiyi 550 trilyon von (421,7 milyard dollar) həcmində investisiya planının bir hissəsidir. Söhbət yarımkeçiricilər istehsal edən beş zavoddan, eləcə də 150-yə qədər müəssisənin material, hissə və avadanlıq istehsalına cəlb edilməsindən gedir.
Cənubi Koreya prezidenti Yun Sok Yol bu barədə açıqlamaq verərək deyib: "Biz bu sahədə özəl investisiyaları dəstəkləməliyik. Hökumət biznes, texnologiya, ixtisaslı işçi qüvvəsi və vergi güzəştləri üçün yerlər təqdim etməlidir”.
Bildirilib ki, rəsmi Seulun strategiyası vergi güzəştlərini genişləndirmək və yüksək texnologiyalı sektorların, o cümlədən çiplərin, displeylərin və batareyaların istehsalının rəqabət qabiliyyətini dəstəkləmək məqsədi daşıyır.