Azərbaycan şərabları “VINSPIRATION-2023” sərgisində təqdim edilib

2023.03.17 17:28 (UTC+04:00)

Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyi “VINSPIRATION-2023” şərab sərgisində iştirak edib.

Moskvada sərgi martın 15-dən 17-dək davam edib.

“VINSPIRATION-2023” sərgisində peşəkarların, şərab bilicilərinin və sərrafların şəxsində şərabçılar və qastronomik bazarların nümayəndələri iştirak ediblər. Üç gün davam sərginin proqramına müxtəlif hədəf auditorioyasının maraqları üçün nəzərdə tutulmuş işgüzar, təhsil və əyləncə xarakterli tədbirlər daxil idi.

Azərbaycanın Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev “Azərbaycanın investisiya və biznes imkanları” mövzusunda təqdimatla çıxış edib, şərab eksperti Aygün Atayeva isə “Azərbaycanın Şərq nağılı: dəniz, dağlar, ədviyyat və şərab” mövzusunda təqdimatda Azərbaycana enoqastronomik turlar barədə söhbət açıb (enoqastronomiya - şərab seçmək məharəti deməkdir).

Aygün Atayeva və “Şərab, pendir və çörək” beynəlxalq layihəsinin həmtəsisçisi Vladimir Tsapelik “Azərbaycanın şərab paralelləri” və “Azərbaycanın qədim pendirləri və avtoxton şərabları” mövzularına həsr edilmiş iki ustad dərsi keçiblər.

AZƏRTAC