Aqroparklarda pivotaltı sahənin 100 min hektara çatdırılması nəzərdə tutulur

2023.03.17 15:44 (UTC+04:00)

"Müasir suvarma sistemləri ənənəvi metodla müqayisədə suya 2 dəfəyədək qənaət etməklə məhsuldarlığın 50%-dən çox artmasına müsbət təsir edir. İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan aqroparklarda pivot suvarma sistemlərinin tətbiqi ilə suvarılan sahələr son 3 ildə 5.5 min hektar artaraq 46.2 min hektara çatıb. Bu, ölkədə pivot sistemlər ilə suvarılan ümumi 57.4 min hektar sahənin 80%-ni təşkil edir. Növbəti 5 il ərzində aqroparklarda pivotaltı sahənin 100 min hektara çatdırılması nəzərdə tutulur".

İqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə öz sosial şəbəkə hesablarında məlumat verib.