Macarıstanla birgə biznes forumun keçirilməsi barədə fikir mübadiləsi aparılıb

2023.03.17 14:20 (UTC+04:00)

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirakı çərçivəsində Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad ilə görüşdük və ölkələrimizin ikitərəfli iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi və yaxın zamanda birgə biznes forumun keçirilməsi barədə fikir mübadiləsi apardıq".

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.