Türkiyə ilə iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

2023.03.17 14:14 (UTC+04:00)

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirakı çərçivəsində Türkiyənin ticarət naziri Mehmet Muş ilə görüşdük və ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gündəliyində olan məsələlər və Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi barədə müzakirə apardıq".

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.