Ağdam Sənaye Parkında rezidentlərin sayı 14-ə çatıb

2023.03.17 11:16 (UTC+04:00)

"Ağdam Sənaye Parkında 2 sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 14-ə çatıb. Ümumi investisiya həcmi 36 milyon manata yaxın olan layihələrin reallaşması nəticəsində iki müəssisədə (Qarabağ Steel MMC, Thermo Natural Azerbaijan MMC) 130-dan çox daimi iş yeri yaradılacaq".

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında məlumat verib.