“AzerGold” rekord səviyyədə buruqqazma işi icra edib

2023.03.16 14:57 (UTC+04:00)

2022-ci ildə “AzerGold” QSC tərəfindən əlvan metallar üzrə 53 min metr və qara metallar üzrə 31 min metr olmaqla, ölkənin dağ-mədən sənayesi üzrə rekord göstərici olan ümumilikdə 84,4 min metr dərinliyində buruqqazma işi icra edilib.

QSC-dən “vergiler.az”a verilən məlumata görə, 2017-2022-ci illər ərzində isə əlvan metallar üzrə 252 min metr, qara metallar üzrə isə 53 min metr olmaqla, ümumilikdə 305 min metrdən çox buruq qazılıb.