Özbəkistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi müzakirə olunub

2023.03.15 14:21 (UTC+04:00)

"Özbəkistan Prezidentinin müşaviri Alişer Sultanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üzrə təşəbbüslər, birgə investisiya layihələri və enerji sahəsində əməkdaşlığın perspektivləri barədə müzakirə apardıq".

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında məlumat verib.