İstehlakçı hüquqlarının müdafiəsi istiqamətində mühüm addımlar atılacaq

2023.03.15 10:32 (UTC+04:00)

İstehlakçı hüquqları sahəsində sahibkarların rolunun artırılması, istehlakçı məmnuniyyəti standartlarının korporativ idarəetmədə daha geniş tətbiqi, mövcud qanunnvericilik aktlarındakı ziddiyyətli məqamların aradan qaldırılması məqsədilə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunda, Mülki Məcəllədə, İnzibati Xətalar Məcəlləsində və istehlakçı hüquqlarının müdafiəsini tənzimləyən bir neçə qanunvericilik aktında dəyişiklik layihələri hazırlanaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müzakirəsinə təqdim olunub.

Bunu Xidmətin rəisi Məmməd Abbasbəyli “İstehlakçı hüquqlarının qorunmasında dövlət orqanlarının rolu” mövzusuna hərs olunmuş elmi konfransda deyib.

Onun sözlərinə görə, tezliklə bu layihələr təkmil şəkildə aidiyyəti üzrə təqdim olunacaq: “Ümid edirik ki, dövlət qurumları ilə əməkdaşlıq və görülmüş tədbirlər çərçivəsində istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində ciddi işlərin görülməsinə və uğurlu nəticə əldə edilməsinə nail olacağıq”.