Niderland hökuməti və ictimaiyyətin nümayəndələri turistlərin səfər etdikləri yerlərə ziyan vurmalarından narahatdırlar. Bu isə səbəb göstərilərək ölkəyə gələn turistlərin sayının getdikcə artmasının yaxşı hal olmadığı bildirilib. Ona görə də ölkəyə turistlərin cəlb olunması məqsədi daşıyan tanıtım filmlərinin və reklamların hazırlanması dayandırılacaq.
Qarşıdakı on il üçün plan hazırlayan turizm təşkilatının açıqlamasında bildirilib: "Ziyarətçi axınını və turizmin gətirəcəyi üstünlükləri nəzarətdə saxlaya bilmək üçün indidən tədbir görməliyik. İndi turizmi təşviq etmək əvəzinə, onu necə idarə etmək barədə danışmağın zamanıdır". Qurum keçən ildən tətbiq olunan və turistlərin sayını nəzarətdə saxlamaq məqsədi daşıyan turizm vergisinin dərəcəsini artırmağı gündəliyə gətirib.