Nazir "Twitter" hesabından paylaşdığı qeydində ABŞ-ın Türkiyədən idxal edilən polad məhsulları ilə bağlı gömrük vergisini mayın 17-də 50 faizdən 25 faizə endirdiyini xatırladaraq, Türkiyə hökumətinin də bu qərardan sonra qarşılıqlı addım olaraq ABŞ mənşəli mallara vergi endirimi etdiyini bildirib: "ABŞ ilə ticarətin qarşısındakı əngəlləri aradan qaldırmaq və hökumətlərimiz tərəfindən qarşıya qoyulan 75 milyard dollar səviyyəsində ticarət dövriyyəsinə nail olmaq üçün səylərimizi davam etdirəcəyik".