Mədən vergisinin tam məbləğinə azadolma hansı halda tətbiq edilir?

2023.03.13 10:29 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 217-1-ci maddəsinə əsasən, faydalı qazıntılara görə vergi ödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləği həmin faydalı qazıntıların çıxarıldığı torpaq sahələrinə görə onun tərəfindən həmin təqvim ili üzrə hesablanmış və ödənilmiş torpaq vergisinin məbləğindən çox olmamaqla təqvim ilinin sonuncu hesabat ayında azaldılır.
Buna əsasən sorğuda qeyd olunan halda, vergi ödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış və ödənilmiş torpaq vergisinin məbləği təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləğindən çox olduğu üçün mədən vergisinin tam məbləğinə azadolma tətbiq edilir və torpaq vergisinin mədən vergisindən artıq olan hissəsi artıq ödəmə kimi tanınmır.

Əsas: Vergi Məcəlləsinin 217-1-ci maddəsi.