Prezident İlham Əliyev: “Çin Azərbaycan üçün etibarlı tərəfdaş və dost dövlətdir”

2023.03.11 13:28 (UTC+04:00)

Çin Azərbaycan üçün etibarlı tərəfdaş və dost dövlətdir. Biz Azərbaycan ilə Çin arasında tarixi ənə­nələrə əsaslanan və möhkəm təməllər üzə­rində qurulmuş münas­ibətlərə xüsusi əhəm­iyyət veririk. Dövlə­tlərarası əlaqələri­mizin gündən-günə yü­ksələn xətt üzrə ink­işaf edərək hazırkı səviyyəyə çatması və yeni məzmun kəsb etməsi məmnunluq doğu­rur.

Bu fikirlər Prezident İlham Əliyevin ÇXR­-in Sədri Si Cinpinə ünvanladığı təbrik məktubunda yer alıb.

Məktubda deyilir: “D­aim genişlənən siyasi dialoqumuz, iqtis­adiyyat, nəqliyyat, logistika, infrastru­ktur, investisiya, enerji və digər sahə­lərdə uğurlu əməkdaş­lığımız, “Kəmər və yol”, “Orta dəhliz” layihələri çərçivəsi­ndə tərəfdaşlığımız, Çin şirkətlərinin ölkəmizin işğaldan az­ad olunmuş ərazilər­ində aparılan bərpa və yenidənqurma işlə­rində fəal iştirakı sıx münasibətlərimi­zi səciyyələndirən başlıca amillərdəndir­”.

Dövlətimizin başçısı əmin olduğunu bildi­rib ki, Azərbaycan-Ç­in əlaqələrinin büt­ün sahələrdə dərinlə­şdirilməsi, əməkdaşl­ığımızın genişləndi­rilməsi, regional iq­tisadi tərəfdaşlıq üçün geniş perspektiv­lər açan infrastruk­tur layihələri çərçi­vəsində qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi istiqamətində birgə səylər bundan sonra da uğurla davam etd­iriləcək.

AZƏRTAC