Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

2023.03.10 20:43 (UTC+04:00)

Martın 10-da Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Holdinqin idarəetməsinə verilmiş portfel şirkətlərinin 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair hesabatı, o cümlədən maliyyə nəticələri, portfel şirkətləri üçün əsas səmərəlilik göstəricilərinin müəyyənləşdirilməsi və büdcələmə prosesinin planlaşdırılması qaydaları, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “AzerGold” QSC, “Bakı Metropoliteni” QSC, “BakuBus” MMC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin korporativ idarəetmə standartları və digər cari məsələlər ətraflı müzakirə edilib.

Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Mətin Eynullayevin və Baş icraçı direktoru Ruslan Əlixanovun məruzələri dinlənilib.

İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul edilib və Holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.

AZƏRTAC