Rusiyada daxili turizm sahəsində çalışan turoperatorlar ƏDV-dən azad edilir

2023.03.10 13:30 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə görüşündən sonra daxili turizm sahəsində çalışan turoperatorların əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi barədə göstəriş verib. "Rusiya Federasiyasının vergilər və rüsumlar haqqında qanunvericiliyinə turoperator fəaliyyəti ilə məşğul olan təşkilatların 2023-cü il yanvarın 1-dən 2027-ci il iyunun 30-dək ƏDV ödənilməsindən azad edilməsini nəzərdə tutan dəyişikliklərin olunması təmin edilsin”, - Kremlin saytında dərc olunmuş mətndə deyilir.

Sərəncamın icra müddəti 2023-cü il iyunun 1-dəkdir.

Qeyd edək ki, bu il yanvarın 24-də iqtisadi inkişaf naziri Maksim Reşetnikov prezident Putinlə görüşdə 2023-cü il yanvarın 1-dən 2027-ci ilin iyulunadək Rusiya vətəndaşlarının və xarici turistlərin səfərləri üçün turoperatorların ƏDV ödəməkdən azad olunmasını təklif etmiş, Maliyyə Nazirliyi bu təklifi dəstəkləmişdi.