İstehlakçılara ödənişsiz hüquqi yardım göstəriləcək

2023.03.10 12:24 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə 15 Mart - Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar istehlakçılara ödənişsiz hüquqi yardım göstəriləcək.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, hüquqi yardım aksiyası 13-14 mart tarixlərində respublikamızın 4 şəhərində - Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərində aşağıda qeyd olunan ünvanlarda həyata keçiriləcək:

Bakı şəhəri üzrə: Saat: 10:00-13:00

Hökumət evi, Üzeyir Hacıbəyov küçəsi, 84, 1-ci qapı.

Sumqayıt şəhəri üzrə: Saat: 10:00-13:00

Sumqayıt şəhəri, Sülh küçəsi, 76. Dövlət Xidmətinin 2 saylı Regional bölməsinin binası (Sumqayıt Məhkəmə Kompleksinin yanı).

Şəki şəhəri üzrə: Saat: 10:00-13:00

Şəki şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, 156. (Azərbaycan Standartlaşdırma İnstitunun binası)

Gəncə şəhəri üzrə: Saat: 11:00-13:00

Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti, 98. (Azərbaycan Standartlaşdırma İnstitunun binası)

Xidmətdən istifadə etmək istəyən şəxslər aşağıdakı əlaqə vasitələrindən istifadə edərək qeydiyyatdan keçə bilərlər:

Əlaqələndirici şəxs: Araz Həsənli

Tel: 055-867-53-32

Email: araz.hasanli@competition.gov.az