"Sahibkarlığın İnkişafı Fondu tərəfindən regionlarda fəaliyyət göstərən biznes subyektlərinə maliyyə dəstəyi çərçivəsində Sabirabad rayonunda müasir istixana təsərrüfatının yaradılması üçün Greener MMC-yə 1 milyon manat güzəştli kredit verilib".
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında məlumat verib.