Vergilər Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib

2018.12.07 14:54 (UTC+04:00)

Dekabrın 7-də vergilər naziri Mikayıl Cabbarov Asiya inkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Nəriman Mannapbekovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə vergi siyasəti və vergi inzibatçılığı sahəsində ölkədə aparılan islahatlar, həmçinin vergi inzibatçılığı sahəsində ehtiyaclarla bağlı texniki dəstəyə dair Vergilər Nazirliyi ilə mümkün əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.