Latviya ilə potensial əməkdaşlıq imkanları müzakirə olunub

2023.03.09 15:32 (UTC+04:00)

"Latviya Prezidenti Katibliyinin rəhbəri Andris Teikmanis ilə görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı, iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti və potensial əməkdaşlıq imkanları barədə fikirlərimizi bölüşdük". Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında məlumat verib.

"Görüş çərçivəsində Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO və Latviyanın İnvestisiya və İnkişaf Agentliyi arasında imzalanmış Anlaşma Memorandumu ikitərəfli iqtisadi münasibətlərin möhkəmlənməsinə və birgə investisiya layihələrinin həyata keçirilməsinə töhfə verəcək", - nazir əlavə edib.