Ötən il Azərbaycan vasitəsilə tranzit 75 faizdən çox artıb

2023.03.09 13:48 (UTC+04:00)

Ötən il Azərbaycan vasitəsilə tranzit 75 faizdən çox artıb.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında bildirib.

“Bizim müasir infrastrukturumuz var. İndi bu, heç vaxt olmadığı qədər vacibdir”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan, həmçinin daşımaların təhlükəsizliyini təmin edir.

AZƏRTAC