2011-2021-ci illərdə ölkəmizə 62,3 milyard manat investisiya yatırılıb

2023.03.09 11:26 (UTC+04:00)

2011-2021-ci illərdə Azərbaycana 62,3 milyard manat məbləğində investisiya yatırılıb.

Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

“Ölkəmizə geniş həcmli investisiyalar cəlb edilir ki, bu da Azərbaycanda yaradılmış əlverişli biznes mühitinin nəticəsidir. Əlverişli biznes mühiti olmayan ölkəyə heç kim investisiya yatırmır. Dövlətimizin başçısının ölkəmizdə sahibkarlar üçün yaratdığı əlverişli biznes mühiti investorların marağını cəlb edir”, - deyə nazir müavini bildirib.

AZƏRTAC