Birjalarda neft qiymətləri

2023.03.09 10:21 (UTC+04:00)

Dünya birjalarında neft qiymətləri bahalaşıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,02 dollar artaraq 82,68 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,01 dollar bahalaşaraq 76,67 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,74 dollar azalaraq 84,73 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin ötən il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.