Əbədi gözəlliyin rəmzi VİDEO

2023.03.08 11:05 (UTC+04:00)

Zəngin mənəvi dünyaya malik olan Azərbaycan qadını bu gün həm də dövlət quruculuğu işinin fəal iştirakçısıdır. Azərbaycan qadını öz səmərəli fəaliyyəti ilə ölkənin sosial-iqtisadi həyatında, milli iqtisadiyyatın müasir əsaslar üzərində qurulmasında fəal iştirak edir.

Sevindirici haldır ki, son illər ərzində ölkəmizin davamlı yüksəlişi naminə töhfələrini əsirgəməyən qadınların iqtisadi sahədə fəallığı artır. Vergi orqanlarında əzmlə çalışan xanımlarımızın sayı da ildən-ilə çoxalır. Fəxr hissi ilə deyə bilərik ki, bu gün vergi orqanlarında çalışan xanımlarımız ən müxtəlif vəzifələri icra edirlər.

Həyatın mənası, bəzəyi və əbədi gözəlliyinin rəmzi olan əziz xanımlar, bayramınız mübarək!