Hə­qi­qi hər­bi xid­mə­tə ça­ğı­rıl­mış iş­çi ilə əmək mü­qa­vi­lə­si han­sı şə­kil­də ləğv edilə bi­lə­r?

2023.03.10 10:22 (UTC+04:00)

Əmək Mə­cəl­lə­sin­də əmək mü­qa­vi­lə­si­nin ləğv edil­mə­sinin əsa­s­la­rı mü­əy­yən olunub. Mə­cəl­lə­nin 74-cü mad­də­sin­də tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilən hallardan biri kimi işçinin hərbi və ya alternativ xidmətə çağırıldığı göstərilib. Çün­ki fər­din hər­bi xid­mə­tə ça­ğı­rıl­ma­sı əmək mü­qa­vi­lə­si­nin tə­rəf­lə­ri olan iş­çi və işə­gö­tü­rə­nin ira­də və is­tə­yin­dən ası­lı hal de­yil.

Təc­rü­bə­də işçi hərbi xidmətə çağırıldığı hal­lar­da əmək mü­qa­vi­lə­si­nə doğ­ru əsas­la xi­tam ve­ril­mədiyinə də rast gə­li­nir ki, bu da iş­çi­nin bir sı­ra hü­quq­la­rı­nın po­zul­ma­sı­na gətirib çıxardır. Əmək Mə­cəl­lə­si­nin 77-ci mad­də­si­nin 7-ci bən­di­nə əsa­sən, əmək müqavilə­si­nə “tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq” əsası ilə xi­tam ve­ril­di­yi za­man işə­gö­tü­rən tə­rə­fin­dən iş­çi­yə or­ta ay­lıq əməkhaq­qı­nın azı iki mis­li miq­da­rın­da müa­vi­nət ödə­nil­mə­li­dir.

Bun­dan əla­və, Əmək Mə­cəl­lə­si­nin 77-ci mad­də­si­nin 9-cu bən­di­nə əsa­sən, qanunve­ri­ci­lik­lə mü­əy­yən edil­miş qay­da­da mü­əs­si­sə­nin ləğ­vi is­tis­na ol­maq­la, işçinin müd­dət­li hə­qi­qi hər­bi xid­mət­də ol­du­ğu müd­dət ər­zin­də mül­kiy­yət növündən və təş­ki­la­ti-hü­qu­qi for­ma­sın­dan ası­lı ol­ma­ya­raq mü­əs­si­sə­də iş ye­ri və və­zi­fə­si sax­la­nı­lır. Müd­dət­li hə­qi­qi hər­bi xid­mə­tə ça­ğı­rı­la­na­dək mü­va­fiq müəssisədə iş­lə­miş şəxs­lər, hər­bi xid­mət­dən bu­ra­xıl­dıq­dan ən ge­ci 60 təq­vim gü­nü ke­çə­nə­dək hə­min mü­əs­si­sə­də əv­vəl­ki və ya bu­na bə­ra­bər və­zi­fə­yə (pe­şə­yə) qayıtmaq hü­qu­qu­na ma­lik­dir­lər.

Gö­rün­dü­yü ki­mi, əmək mü­qa­vi­lə­si­nə mü­va­fiq əsas­la xi­tam ve­ril­mə­mə­si iş­çi­nin müa­vi­nət əl­də et­mək hü­qu­qu­nu poz­maq­la ya­na­şı, həm də onun hər­bi xidmət­dən qa­yıt­dıq­dan son­ra işinə bərpa olunmaq hü­qu­qu­nun da po­zul­ma­sı­na sə­bəb olur. Bu əsas­la əmək mü­qa­vi­lə­si­nə xi­tam ve­ril­mə­si üçün Sə­fər­bər­lik və Hər­bi Xid­mə­tə Ça­ğı­rış Döv­lət Xid­mə­ti tə­rə­fin­dən gəl­miş ça­ğı­rış və­rə­qə­si­nin su­rə­ti əla­və edil­mək­lə iş­çi əri­zə ilə müra­ci­ət et­mə­li və işə­gö­tü­rən tə­rə­fin­dən ve­ril­miş əmr nəticə­sin­də əmək mü­qa­vi­lə­si­nə xi­tam ve­ril­mə­li­dir.

Son­da onu da qeyd edək ki, Ver­gi Mə­cəl­lə­si­nin 102.1.14.16-cı mad­də­si­nə gö­rə, işə­gö­tü­rən tə­rə­fin­dən iş­çi­nin hər­bi və al­ter­na­tiv xid­mə­tə ça­ğı­rıl­ma­sı ilə əla­qə­dar ödə­ni­lən müa­vi­nət­lə­rin qa­nun­ve­ri­ci­lik­də nə­zər­də tu­tu­lan məb­lə­ği gə­lir ver­gi­sin­dən azad­dır.